Amerika Birləşmiş Ştatları dolların faiz dərəcəsini artırıb. Bu artımın isə dolların başqa valyutalar qarşısında bahalaşmasına zəmin yaradacağı ehtimal edilir. İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu artım manatın məzənnəsinə təsir etməsə də, Azərbaycanın ticarət mühitinə mənfi təsir edə bilər.
Amerika Birləşmiş Ştatları Mərkəzi bankı faiz dərəcəsini artırıb. Ölkə valyutasının uçot dərəcəsi dəyişirdirilib. Dollar üzrə faiz dərəcəsi artaraq 0.25-0.50 faiz arağlığına çatıb ki, bu da dolların digər valyuatalar qarşısında bahalaşmasına səbəb olacağı ehtimal edilir. Bəs bu artım dolların manat qarşısındakı hazırki vəziyyətinə təsir edəcəkmi?