Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib hövzəsinin Sent-Kits və Nevis ştatının vətəndaşlığını alıb.
Pravda.az xəbər verir ki, bu barədə hetq.am bu cür əməliyyatlarla məşğul olan “Henley and Partners” şirkətindən ona daxil olan sənədlərə istinadən məlumat yayıb. Bildirilir ki, Sarkisyan hələ 2013-cü ildə ada dövlətinin vətəndaşı olub. Bu isə Ermənistan Konstitusiyasına ziddir.