“Seçki məntəqələrinin 96 %-də səsvermənin gedişinə kölgə sala biləcək hansısa pozuntu baş verməyib”.

Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. 

 
MSK sədri bildirib ki, bu, yüksək göstəricidir: “Bu nəticənin əldə edilməsi üçün MSK-nın maarifləndirmə işlərinin də böyük təsirləri olub. Müxtəlif dövlət qurumlarının nümayəndələri də öz vəzifələrinin öhdəsindən gəlməyi bacarıb. Seçkilərdə rekord sayda namizəd qeydə alınmışdı”.