BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanın cinayətləri nəticəsində öldürülən azərbaycanlıların sayı açıqlandı

Ermənistanın insanlıq əleyhinə cinayətləri nəticəsində 10 minə yaxın soydaşımız öldürülüb, 20 mindən artıq şəxs yaralanıb, 5 mindən çox insan əsir və girov götürülüb.

 

Pravda.az-ın xəbərinə görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev bildirib.

 

E. Tağıyev deyib ki, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində insanlıq əleyhinə törədilmiş cinayətlər üzrə 305 şəxsin Cinayət Məcəlləsinin soyqırımı, deportasiya və digər maddələrlə nəzərdə tutulan cinayətləri sübuta yetirilib, cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilib: “Həmin şəxslərdən Arsen Baqdasaryan, Karen Dasaryan isə Qazaxda cinayət məsuliyyətinə cəlb edilib. Hazırda Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində müharibə cinayətlərinin araşdırılması, zərər dəymiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, həmin cinayətlərdə iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər davam etdirilir”.

Tarix: 26 Fevral 2020, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin