Yeni tikilən binalardan ev almaq istəyənlərin sayında kəskin azalma var.
Pravda.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, xüsusən də iş adamları yatırım etmək üçün yeni binalardan yox, köhnə tikili olan 3 və ya 5 mərtəbəli binalaradan ev almağa daha çox maraq göstərirlər. Ekspertin fikirincə, buna səbəb həmin binaların bir çoxunun istisimar müddətinin başa çatması və gələcəkdə pilot layihə çərçivəsində yerində yeni binaların tiklilməsidir.
Ekspert deyir ki, dünyada baş verən son hadisələrdən sonra köhnə binalardan ev almaq istəyənlər təxminən 10-15 faiz artıb.