Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və müstəqil şəkildə deputatlığa namizədliyini vermiş Fərhad Mehdiyevin mitinqlə bağlı müraciətinə cavab verib.
BŞİH müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
Pravda.az-ın xəbərinə görə, BŞİH-in mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov bildirib ki, mitinqin fevralın 29-da, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.Trend