"Ölkəmizin rəhbərliyi Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın həbsdə saxlandığını, keçmiş Prezidenti və Baş Naziri Serj Sarqsyanın da məhkəməyə çağırıldığını Xocalı kontekstində istifadə etməlidir".

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa lider namizəd Erkin Qədirli deyib.

"Beynəlxalq vasitəçilərə və Ermənistan rəhbərliyinin özünə bildirilməlidir ki, Ermənistan sülh danışıqlarında gerçək niyyətini göstərmək istəyirsə, Koçaryana və Sarqsyana qarşı Xocalıyla bağlı gərəkli ittiham irəli sürsün. Beynəlxalq münaqişələrdə insanlığa qarşı və/və ya müharibə cinayətlərinin təqibi barış quruculuğuna doğru önəmli addım sayılır. Ermənilər, aydındır ki, razılaşmayacaqlar. Bununla belə, danışaqlarda gərək danışasan (sözünü deyəsən). Qoy cavab vermək öhdəliyi qarşı tərəfdə qalsın. "Yox" da bir cavabdır, ondan daha bir neçə gediş doğa bilir"- E.Qədirli qeyd edib.