Ukraynanın Odessa şəhərində polis “kriminal aləmə” məxsus olduğu iddia edilən şəxslərin Rusiyaya yardım vəd etdiyi barədə xəbərləri yoxlayıb, o cümlədən poliqraf testi keçirib.
"Bu kateqoriyadan olan şəxslərin ifadələrinin doğru olduğunu yoxlamaq üçün vasitələrdən biri də poliqraf sorğusu olub”.
Polisə əsasən, onlar baş çəkdikləri insanlar arasında “rus dünyasının” tərəfdarlarına rast gəlməyiblər.
Bəzən “yalan detektoru” adlanan poliqraf testi vaxtı suallara cavab verən insanın qan təzyiqi kimi bir neçə göstəriciləri ölçülür.
İddia olunur ki, müəyyən fizioloji reaksiyalar qeyri-düzgün cavabları göstərə bilər. Poliqrafın etibarlılığına dair mübahisələr davam edir.
Qara dənizin sahillərində yerləşən Odessa şəhəri Ukraynanın ən böyük limanı və əhalisinin sayına görə ölkənin üçüncü ən iri şəhəridir.
Odessa bir neçə dəfə Rusiya qüvvələrinin hava hücumlarına məruz qalıb. Lakin şəhər Ukraynanın tam nəzarətində qalır.