Futbol üzrə Niderland milli komandasının baş məşqçisi Lui van Qal prostat vəzi xərçəngindən müalicə aldığını açıqlayıb.
70 yaşlı mütəxəssis Niderlandın “RTV 4 Live” kanalında yayımlanan verilişinin efirində diaqnozu barədə danışıb.
O, xəstəliyini uzun müddət futbolçulardan gizli saxladığını etiraf edib.
“Bu barədə futbolçularıma danışmaq istəmədim, çünki bu, onların oyununa təsir edə bilər. Bu, sadəcə, həyatın bir hissəsidir”, - baş məşqçi deyib.
Qeyd edək ki, tanınmış məşqçi xəstəliyinə baxmayaraq, Niderland millisini Qətərdə keçirilən dünya çempionatının final mərhələsinə çıxara bilib. Qrup mərhələsində Niderland Ekvador, Seneqal və Qətərlə qarşılaşacaq.
Qafqazinfo