Artıq 40 gündür ki, davam edən Rusiya-Ukrayna müharibəsində Ukraynanı 4 milyondan çox insan tərk edib. Bu insanlar içərisində minlərlə Azərbaycan vətəndaşı da var. İndi isə əksini görürük. Geri qayıdıb Ukraynadakı yaşamına davam etmək istəyən həmvətənlərimiz var. 12 azərbaycanlı öz müraciəti əsasında Moldovadan Ukraynaya qayıdıb.
Ukraynada yaşayan, lakin müharibə səbəbindən ölkəmizə təxliyə olunan Azərbaycan vətəndaşları indi də geri qayıtmaq üçün Xarici İşlər Nazirliyinə müraciət ediblər. Azərbaycanın Moldovadakı səfirliyi bir ailənin və bir neçə şəxsin Ukraynaya qayıtması üçün lazımi yardım göstərib. Bu barədə "XəzərXəbər"ə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov məlumat verib