Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç müharibənin başa çatacağı ilə bağlı yeni proqnozunu açıqlayıb.
Aleksey Arestoviç, həmçinin Rusiya hərbçilərinin paytaxt Kiyev yaxınlığındakı mövqelərinə qayıda bilmələri və Xarkovu tutmaq ehtimalları ilə bağlı fikirlərini bölüşüb.
"(Rusiya hərbçiləri-red) Aprelin sonu - mayın əvvəlində öləcəklər, hücum edə bilməyəcəklər. Hətta ərazimizdə qalsalar da, yaşıl ot görünən kimi biz onları yerindən tərpədərək, ordunun qüvvələri ilə əzəcəyik. Hərbçilər və yerli sakinlər, kəndlilər onlara qısa zamanda nifrət edən bir ölkədə qalmağın necə olduğunu göstərəcəklər”, - Aretoviç müharibənin nə vaxt bitəcəyi ilə bağlı öz fərziyələrini bölüşərkən deyib.