“Dünyanın ən güclülərindən biri” kimi tanınan Rusiya ordusunun Ukraynada gözlənilməz müqavimətlə qarşılaşması və qısa zamanda istədiyini ala bilməməsi gündəmdədir. Müharibə başlayandan bəri böyük itkilər və əsirlər verən Rusiyanın uğursuzluğunun səbəbləri də dünyanı maraqlandırır.
Pravda.az xəbər verir ki, Kreml Ukraynada ciddi itkilər verdiklərini təsdiqlədiyi vaxtda ABŞ-ın aparıcı nəşrlərindən biri olan “Vaşinqton Post” rus ordusunun uğursuzluğunun doqquz səbəbini sadalayıb.
Gözlənilməz müqavimət
Qəzet iddiasına görə, ən böyük səhv ukraynalıların müqavimətini lazımınca qiymətləndirməmək olub. Rusiya tez və asan qələbə qazanacağına inanırdı, amma Ukrayna buna gözlənilməz cavab verdi. Döyüşən təkcə ordu olmadı. Vətəndaşlar da Rusiyanın irəliləyişinə mane olmağa çalışırlar.
Hazırlıqsız rus ordusu
Əsir düşən rus hərbçilərinin sözlərinə görə, qoşunlar Ukraynaya girəcəklərindən xəbərsiz olub. Bəziləri deyiblər ki, onlara ancaq hərbi təlimlərdə iştirak edəcəklərini söyləyiblər. Digərləri isə onlara yalnız Donbas bölgəsinə göndəriləcəyini dediklərini bildiriblər. Yəni rus hərbçiləri psixoloji cəhətdən müharibəyə hazır olmayıblar.
Qida çatışmazlığı
Rus qoşunları qarşılaşdıqları şəraitə hazır deyildilər. Özləri ilə götürdükləri iki həftəlik ehtiyat tez tükəndi. Sosial şəbəkələrdə yanacaqsız yol kənarında qalan rus hərbçilərinin dükanları qarət etdiklərini əks etdirən videolar yayılıb.
Logistika problemi
Qoşunların ərzaq və digər təchizatları tükəndikdə, komandanlığın yaranmış boşluğu doldurmaq üçün heç bir planı olmayıb. Tanklar dayandı.