Gürcüstanda daha bir şəxsdə koronavirusa yoluxma qeydə alınıb.
Gürcüstanda daha bir nəfər koronavirusa yoluxdu
Pravda.az-ın xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.
O qeyd edib ki, həmin şəxs İtaliyadan qayıdan Gürcüstan vətəndaşıdır. Xəstənin vəziyyətinin hazırda qənaətbəxş olduğu diqqətə çatdırılıb.APA