Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin qısa zaman ərzində görüşmək barədə razılığa gəliblər.
Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
“Bu gün baş tutan telefon danışığı zamanı Türkiyə və Rusiya liderləri ən qısa müddət ərzində görüşmələri barədə razılığa gəliblər”, - deyə F. Altun vurğulayıb.
Ərdoğanla Putin görüşəcəklər