Azərbaycanın gənc aktyoru Elvin Ağayevin səhhətində ciddi problem yaranıb.
Pravda.az xəbər verir ki, bu barədə E.Ağayev özü İnstaqram hesabında paylaşım edib.
Azərbaycanın gənc aktyoru Elvin Ağayevin səhhətində ciddi problem yaranıb.
Pravda.az xəbər verir ki, bu barədə E.Ağayev özü İnstaqram hesabında paylaşım edib.
Ona təcili qaraciyər köçürülməsi əməliyyatı edilməlidir. E. Ağayevin əməliyyatı üçün donora və 90 min manat məbləğində pula ehtiyac var.
“Üç körpə uşağım var. Onları 34 yaşında atasız qoymaq istəmirəm”, - aktyor instaqramda yazıb.
Qeyd edək ki, E.Ağayev "İmtahan", "Qayınana", "Həyat, sən nə qəribəsən", "Cehizsiz gəlinlər", "Ata ocağı" kimi seriallarda və "Kişi ol" bədii filmində rol alıb. O həmçinin ssenarist kimi də fəaliyyət göstərir.