Bir çox ölkələrdə müşahidə edilən və qripin bir növü olan koronavirus, əslində çox da qorxulu xəstəlik deyil.
Pravda.az-ın xəbərinə görə, bu barədə tibb elmələri doktoru Hüseynağa Qurbanov deyib.
Hüseynağa Qurbanov hesab edir ki, bu xəstəlikdən qorxmaq lazım deyil.
Onun sözlərinə görə, bu virus xəstə ilə təmasda olan hər kəsə yoluxmur. Hətta immun sistemi güclü olanlar bu virusa yoluxduqlarını belə hiss etmirlər və bədən öz müqaviməti ilə xəstəliyə qalib gəlir. Xəstəlik aşkarlananların isə, ilk növbədə bədən müqaviməti gücləndirilir və bunun üçün ölkəmizdə bütün lazımi tədbirlər görülür.