Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

"Cəmi 10 maddədən ibarət ola biləcək qanun layihəsinin az qala hər maddəsinə bir il sərf etmişik"

1 104
Paylaş:
"Cəmi 10 maddədən ibarət ola biləcək qanun layihəsinin az qala hər maddəsinə bir il sərf etmişik"

"Ukrayna xəbərlərinə göz gəzdirirəm. Şərqdə və cənubda amansız döyüşlər gedir.


Qərbdə isə həyat öz axarı ilə davam edir. Baxıram ki, İT və startap ekosistemə dəstək də tam əvvəlki qaydada, hətta əvvəlkindən üstündür. Statistikaya görə bu ölkədə cəmi 2% İT elita müharibəyə, döyüşən orduya qoşulub. Ukraynada İT və innovasiya ekosistemdə 250 min insan çalışırdı. İT eksport 7 milyard dollar idi. İndi əksəriyyət qərbə, bir hissə də qonşu ölkələrə çəkilərək işlərini davam etdirirlər.
Lvovda hər gün bir Vençur Fondu, işləmək üçün Kovorkinq Mərkəzləri , İnnovasiya Mərkəzləri yaradılır, müharibədən sıxıntı çəkən startaplara və şirkətlərə həm dövlət , həm də yerli və xarici özəl fondlar dəstək verirlər. Dəstək üçün yalnız iş yerindən, komandanın, kollektivin şəklini paylaşmaq yetərlidir. Xatırladıram ki, Ukraynada Vençur maliyyələşmə, Kriptovalyutalar haqqında qanunlar, mühitin inkişafına yönəlik qanunlar qüvvədədir. Yeri gəlmişkən, Azərbaycanda illər öncə Vençur maliyyələşmə və vençur fondlar haqqında qanunun qəbulu ilə hər üç cavabdeh dövlət qurumu, ASAN, RİNN və KOBİA məşğul olurdu. Amma o zaman real nəticə olmadı".



Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.



"Sonra bu iş RİNN-nin İnnovasiyalar Agentliyinə tapşırılmışdı. Lakin məlum olduğu kimi, qurum bu işin öhdəsindən gələ bilmədi və sonradan Prezidentin sərəncamı ilə ləğv olunaraq yeni bir Agentlik yaradıldı. Sonradan bu qanunun hazırlanması "ASAN"a tapşırıldı. Bildiyim qədər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi artıq qanun layihəsini başa çatdırmaq üzrədir. Bu gedişlə görsənir ki, cəmi 10 maddədən ibarət ola biləcək qanun layihəsinin az qala hər maddəsinə bir il sərf etmişik. Düşünürəm ki, aidiyyatı qurumlar startap və innovasiya ekosistemin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən Vençur maliyyələşmə və vençur fondlar haqqında qanunun tez bir zamanda ortaya çıxarılması üçün səylərini gücləndirməlidir" - O.Gündüz qeyd edib.



Nadir

Paylaş:

Ən son xəbərlər