Fransa Prezidentinin yaxasının həmişəkindən bir qədər açıq fotosu sosial mediada birmənalı qarşılanmayıb. Fotonu Emmanuel Macronun rəsmi fotoqrafı paylaşıb.
Bəziləri onu “sərbəst şəkillərə” görə tənqid edir, digərləri isə tərifləyirlər. Fransanın TF1 kanalında "Tük siyasi məsələdirmi?" deyə bir şərh yayılıb.
Tənqidçilərə cavab verən Macron isə deyir ki, fotoqrafı onu təbii halda çəkib və buna daha yüngül yanaşmaq lazımdır.
“Şəkli bəyəndinizmi? sualına isə o, "Bəli, fotoları təsdiqlədim. Amma ola bilsin ki, buna bir az sürətlə baxmışam".
Bəzi təhlilçilər şəkilləri seçki kampaniyası ilə bağlayırlar.
İki həftə əvvəl Fransada prezident seçkiləri keçirilib. Səsvermədə Emmanuel Macron özünün ən yaxın rəqibi Marine Le Peni üstələsə də, birinci turda qələbə üçün yetərli dəstək qazana bilməyib.
Rəy sorğuları ikinci turda gərgin yarışın gözlənildiyini göstərir.
BBC
Makrondan açıq-saçıq FOTO