Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyev barəsindəki hökmdən verilmiş şikayətlə bağlı məhkəmə prosesi yekunlaşıb.
Pravda.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımıvun sədrliyi ilə keçirilən iclasda elan olunmuş qərara əsasən şikayət təmin edilməyib.
Məhkəmə cinayət işində cəzanın azadılması üçün heç bir əsas olmadığı qənaətinə gələrək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlayıb.
Xatırladaq ki, hadisə ötən il iyul ayının 27-də baş verib. Həmin vaxt Bakı Dövlət Universitetinin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.