Sabiq deputat, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin mənzilinə və avtomobilinə həbs qoyulub.
Sabiq deputatın mənzilinə və avtomobilinə həbs qoyuldu
Pravda.az-ın xəbərinə görə, bu barədə G.Hacıbəyli özü məlumat verib.
G.Hacıbəyli bildirib ki, Bakı Apellyasiya Məhkəməsi ona qarşı 85 min manat pul tələbinə dair iddianı qanuni qüvvəyə mindirib: “İşin içində iddianı sübut edən bircə sənəd, kağız, müqavilə yoxdur. Mən və vəkilim bütün proses boyu məhkəmədən dəfələrlə iddianı təsdiq edən sübut göstərilməsini xahiş etsək də bircə sübuta belə istinad edə bilmədilər. Beləliklə, maşınımı əlimdən alandan sonra evimi də əlimdən almaqda qərarlı görünürlər”.