Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Erkin Qədirli: “İlqar Məmmədov görüşə getməklə doğru iş görüb”

1 294
Paylaş:
Erkin Qədirli: “İlqar Məmmədov görüşə getməklə doğru iş görüb”

“İlqar Məmmədovun Prezident Administrasiyasının siyasi partiyalarla iş şöbəsinin rəhbərilə "Respublika" qonaq evində görüşü siyasət üçün sıradan bir haldır. Belə görüşlər normal qarşılanmalıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa lider namizəd Erkin Qədirli deyib.

“Mənim üçün bu görüş yerinin özəl önəmi vardır. Ortaq xatirələrin siyasətdə önəmi haqqında daha öncə yazmışdım. Mən, uşaqlığımın erkən yaşlarında, bu gün "Respublika" qonaq evi adlandırılan binada yaşamışam. Babamın, o dönəmdə tutduğu yüksək vəzifəyə uyğun, orada mənzili vardı. İlqar Məmmədovun Prezident Administrasiyasının rəsmisilə görüşünə şəxsən aidiyyatım olmasa da, onların görüşdükləri yer mənim üçün özəl xatirələrlə doludur. İlqar Məmmədov görüşə getməklə doğru iş görüb. Siyasətin özü budur - görüşmək, danışmaq, anlaşmaq”.

Paylaş:

Ən son xəbərlər