Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

ABŞ-da koronavirusdan ilk ölüm qeydə alındı

1 074
Paylaş:
ABŞ-da koronavirusdan ilk ölüm qeydə alındı

ABŞ-ın Vaşinqton ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib.

Pravda.az-ın xəbərinə görə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi (CDC) bildirib ki, ölkədə koronavirusa 62 yoluxma hadisəsi təsdiq edilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, hospitalda koronavirusa yoluxmuş yalnız bir xəstə qalır. "ABŞ-da koronavirusa yoluxması təsdiq edilmiş 10 nəfərdən yalnız 1 xəstə hələ hospitaldadır. Hər yoluxma hadisəsində insanlar müalicə olunub və onlar bütün parametrlər üzrə özlərini yaxşı hiss edirlər", - Pens deyib.Report

Paylaş:

Ən son xəbərlər