Koronavirusla bağlı Gürcüstan-Azərbaycan sərhədində xüsusi həyəcan yaşanmır. Ölkəmizin cənub sərhəd keçid məntəqələrindən fərqli olaraq burada müayinə və müalicə xarakterli çadırlar qurulmayıb. Lakin termovizor qurğuları vasitəsilə sərhədi keçən şəxslərin temperaturu yoxlanır.
Gürcüstan-Azərbaycan sərhədindən keçənlər də ciddi rejimdə yoxlanır
"Qırmızı Körpü" buraxılış məntəqəsində termovizor qurğuları vasitəsilə sərhədi keçən şəxslərin temperaturu yoxlanır. Hərarəti yüksək olan insanlar virus təhlükəsi ilə bağlı karantinə alınır.