BMT-nin Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Pravda.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Görüş aprelin 26-da Moskvada baş tutacaq.

Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da işgüzar görüş və nahar keçirəcək.