BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının 5 üzvünün veto hüququndan istifadəni əsaslandırmasını tələb edən edən qətnamə qəbul edib.
Pravda.az-ın xəbərinə görə, Lixtenşteynin təklif etdiyi layihə TŞ-nin veto hüququna malik 5 üzvünə - ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq və Fransaya şamil edilir.
BMT-nin baş katibi Antonio Quterreş də Rusiyaya səfəri zamanı məsələyə münasibət bildirib. Baş katib bildirib ki, veto hüququndan yerində istifadənin tərəfdarıdır: “Veto hüququ həddən artıq çox istifadə edilib. Bir çox hallarda isə ondan istifadə vacib əhəmiyyət kəsb etməyib”.