Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Cəlilabadda kişi başından və belindən baltalandı

1 075
Paylaş:
Cəlilabadda kişi başından və belindən baltalandı

Cəlilabadda kişi başından və belindən baltalanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Cəlilabad Rayon Polis Şöbəsinə aprelin 27-də Qarazəncir kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Çingiz Bayramovun münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Cəmil Bayramovun baş və bel nahiyələrinə balta ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ç.Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Paylaş:

Ən son xəbərlər