Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Hərbçilər deputatı qaçırdılar

1 725
Paylaş:
Hərbçilər deputatı qaçırdılar

Rusiya hərbçiləri UKraynanın Xerson vilayətində Novokaxovka şəhər sovetinin deputatı İqor Protokovilonu qaçırıblar.

Bu barədə Kaxovka şəhər ərazi icması öz feysbuk səhifəsində məlumat yayıb.

“Aprelin 19-da Nova Kaxovka sakini, Novokaxovka Şəhər Sovetinin deputatı Protokovilo İqor Anatolyeviç Rusiya hərbçiləri tərəfindən öz evindən aparılıb”, - məlumatda bildirilir.

Qeyd olunur ki, hələlik Protokovilonun yeri məlum deyil.

Xatırladaq ki, aprelin 30-da Xerson vilayətinin Kaxovka şəhərində Rusiya hərbçiləri məktəbin direktoru Viktor Pendalçuku evdən aparıblar. Onun da harada olduğu bilinmir.

Report

Paylaş:

Ən son xəbərlər