Məzmuna keç
Pravda.az — xəbər portalı
Şou

“Ərim kötücəm yaşındadır, neyləyim, ayrılım?” – Nüşabə Ələsgərli

1 372
Paylaş:
“Ərim kötücəm yaşındadır, neyləyim, ayrılım?” –     Nüşabə Ələsgərli

Əməkdar artist Nüşabə Ələsgərli şəxsi həyatının müzakirə olunmasına münasibət bildirib.

Pravda.az-ın xəbərinə görə, müğənni “X maqazin” verilişində həyat yoldaşı Reza Tonidən yaşca böyük olmasının sosial şəbəkədə tənqid olunmasına belə reaksiya verib: “Deyirlər ki, ərin oğlun yaşındadır. Lap desinlər ki, nəvəsi, nəticəsi, kötücəsi yaşındadır. Dostlar sevinsin, düşmənlər də partlasın. Neyləyim indi, ayrılım? Kimsə nə isə yazacaq deyə ayrılım kişidən?

14 ildir, bir yerdəyik. Onun 46, mənim 53 yaşım var. İndi hansı dövrdür, yazırlar ki, “mən nənəyəm, o, nəvəmdir”. Sizə nə? Sizi narahat edən nədir?

Belə şeyləri vecimə almıram. Adamın saqqalı, saçı ağarıb deyirlər ki, nəvən yaşındadır. Bunu yazanlar içinin neqativini yazır. Özləri də bilir ki, düz yazmırlar”. Qeyd edək ki, cütlük 2006-cı ildən evlidir.musavat.com

Paylaş:

Ən son xəbərlər