Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ərdoğan Rusiyaya müraciət etdi

979
Paylaş:
Ərdoğan Rusiyaya müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və İrana müraciət edib.

Pravda.az-ın xəbərinə görə, Ərdoğan qeyd edib ki, Türkiyənin Suriyada sizinlə heç bir problemi yoxdur.

Prezident bildirib ki, Türkiyə rəsmi Ankaranın qan tökülməsinin qarşısının alınmasındakı həssaslığını bu ölkənin zəifliyi hesab edənlərə qarşı güc nümayiş etdirir.

“Türkiyə hərəkətlərində öz vəsaitlərinə və xalqın dəstəyinə əsaslanır, heç bir ölkənin və ya strukturun köməyinə arxalanmır. Türkiyə uzağı görməyən dairələrə göstərdi ki, təzyiqə boyun əyməyən böyük bir dövlətdir", - dövlət başçısı deyib.

“Bahar qalxanı” əməliyyatının gedişini müzakirə edən Ərdoğan bildirib ki, Bəşşar Əsədin tərəfdarlarının canlı qüvvə və texnika itkiləri “yalnız başlanğıcdır”. 

Paylaş:

Ən son xəbərlər