Qara dənizdə Rusiyanın “Moskva” kreyserinin Neptun raketləri ilə vurulması zamanı Ukrayna tərəfi ABŞ-dan kəşfiyyat məlumatı alıb.
Pravda.az xəbər verir ki, bu barədə CNN-ə ABŞ müdafiə nazirliyindəki vəziyyətlə tanış olan mənbələr bildirib.
“Qara dənizdə Rusiyaya məxsus döyüş gəmisini görən Ukrayna qüvvələri onun həqiqətən də Moskva kreyseri olduğunu təsdiqləmək üçün Amerika tərəfi ilə əlaqə saxlayıb. Amerika tərəfi bunun “Moskva” kreyseri olduğunu deyib”,- deyə mənbə bildirib.
Eyni zamanda, ABŞ-ın Ukrayna tərəfinin kreyserə zərbə hazırladığı haqqında məlumat dəqiq deyil. Ukrayna Silahlı Qüvvələri bu barədə müstəqil qərar verib və ABŞ gəminin vurlmasına qarışmayıb.