Ukraynanın Xarkov vilayətindəki Boqoduhov qatar stansiyası yaxınlığında ABŞ və Avropa ölkələrindən Ukraynaya göndərilən külli miqdarda silah məhv edilib.
Pravda.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama verib.
Konaşenkov havadan atılan yüksək dəqiqlikli raketlərlə Donetskdə Bahmut qəsəbəsi yaxınlığında hərbi hissələrin və texniki vasitələrin toplandığı 5 ərazinin və sursat anbarının vurulduğunu bildirib.