Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan edilib.
Məlumata görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Vayos Dzorda yerləşən “Tamsar” yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə soxularaq onu döyməyə başlayıblar. Hücum edənlərdən biri, 27 yaşlı Baqratyan direktoru dəmir əşya ilə vurub.