Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Bu, rus işğalçılarının mülki əhaliyə qarşı törətdikləri növbəti dəhşətli hərbi cinayətidir”

935
Paylaş:
“Bu, rus işğalçılarının mülki əhaliyə qarşı törətdikləri növbəti dəhşətli hərbi cinayətidir”

Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində bombalanmış yaşayış binasının dağıntıları altından 44 mülki şəxsin cəsədi tapılıb.

Pravda.az “UNİAN”a istinadən xəbər verir ki, bu barədə məlumatı Xarkovun vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov özünün teleqram kanalında verib.

“Müvəqqəti olaraq işğal olunmuş İzyumda martın ilk ongünlüyü ərzində işğalçıların dağıtdıqları beşmərtəbəli binanın dağıntıları altından 44 dinc sakinin cəsədi tapılıb. Bu, rus işğalçılarının mülki əhaliyə qarşı törətdikləri növbəti dəhşətli hərbi cinayətidir! Biz bu cinayətlərin hər birini qeyd edirik və onlar bunun əvəzini ödəyəcəklər!” - deyə, Sinequbov bildirib.

Leyla

Paylaş:

Ən son xəbərlər