Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Mustafa Aləşrəfovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2021-ci il iyunun 17-də Ağdaş rayonunun Abad kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü M.Aləşrəfovla qardaşı, 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə o, Q.Aləşrəfovu odlu silahdan atəş açaraq qətlə yetirib.
Daha sonra M.Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.6-cı (Qəsdən adam öldürmə, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov