Niderlandın Assen şəhərinin erməni icmasının nümayəndələri Ermənistanın bu ölkəyə rəsmi səfərə gələn Baş naziri Nikol Paşinyanı təhqir ediblər.

Pravda.az-ın məlumatına görə, icma fəalları avtomobilindən düşən Baş naziri “Satqın Nikol”, “qatil”, “mülkədar” kimi və başqa təhqiramiz şüarlarla qarşılayıblar. Təhqirlərin sayı o qədər çox olub ki, videogörüntülərdə Paşinyan əleyhinə səslənidirlən bəzi təhqirlərə görə səs kəsilib.

Qeyd edək ki, Paşinyan Niderlandda 2 günlük rəsmi səfərdədir.

Report