Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ərdoğan Tokayevlə tennis oynamaqla hansı mesajı verib? - Siyasi ekspert şərh edir

1 392
Paylaş:
Ərdoğan Tokayevlə tennis oynamaqla hansı mesajı verib? -     Siyasi ekspert şərh edir

"Hər bir rəmzi, işarəni mesaj kimi qəbul etmək olar, amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan Prezidenti Tokayevin fotosunda tennis masasının göy rəngdə olması prinsipial əhəmiyyət daşımır. Tennis masaları, onsuz da, adətən göy rəngdə olur. Sözsüz ki, biz göy rəngi daha çox sevirik, həmin rəngi türkçülüklə əlaqələndiririk. Fikrimcə, həmin fotoda hansısa siyasi məqam axtarmaq doğru olmaz. Onsuz da bu gün Turan barədə açıq şəkildə danışılır. Misal üçün, Stalin dövründə Böyük Turan haqqında danışan ya sürgünə göndərilir, ya da güllələnirdi. İndiki reallıqda isə Turan dünyası barədə mesajları tennis stolunun arxasında gizlətməyə ehtiyac yoxdur".


Bunu Pravda.az-a açıqlamasında siyasi ekspert, psixoloq Azad İsazadə deyib.

A.İsazadə qeyd edib ki, kimlərinsə onu bəyənib-bəyənməməsindən asılı olmayaraq, Ərdoğan güclü xarizmaya malik liderdir: "O, bədən dili və geyim üslubuna diqqət edir. Yaxşı bilir ki, harda, necə danışmalı və özünü necə aparmalıdır. Cənab Ərdoğan mitinqlərdə xalqın qarşısında çıxış edərkən kütləni özünə cəlb etməyi bacarır. Bu, əlbəttə ki, əsasən genetik bacarıqdır. Üstəlik, o, uzun illərdir ki siyasətdədir, həmçinin, onun politexnoloq və psixoloqlarla işlədiyi də istisna edilmir. Liderlik Rəcəb Tayyib Ərdoğanın qanında var. O, mərd, bir az da tərsdir. Sözünün üstündə dursa da, lazım gəldikcə geri çəkilməyi də bacaran siyasətçidir".


Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər