Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Yaponiyadan Rusiyaya QADAĞA

1 079
Paylaş:
Yaponiyadan Rusiyaya     QADAĞA

Yaponiya hökuməti Rusiyaya ixracı qadağan edilən mal və texnologiyaların siyahısını genişləndirib. Siyahıya yüksək texnologiyalı avadanlıqlar, o cümlədən 3D printerlər və kvant hesablamaları üçün avadanlıq daxil edilib.

Pravda.az xəbər verir ki, qadağa hökumət tərəfindən təsdiqlənib və mayın 20-dən qüvvəyə minəcək.

Aşağıdakı məhsullar Rusiyaya satmaq qadağan olunacaq:

- kvant kompüterləri və digər oxşar qurğular, habelə onlar üçün ehtiyat hissələri;

- mikroskoplar;

- bunun üçün istifadə olunan modelləşdirmə avadanlığı (3D printerlər) və metal tozları;

- üzvi işıq diodlarının istehsalı üçün avadanlıq;

- mikroelektromexaniki sistemlərin istehsalı üçün avadanlıq;

- hidrogen yanacağının istehsalı üçün avadanlıq;

- vakuum nasosları;

- həddindən artıq aşağı temperatur üçün nəzərdə tutulmuş soyutma avadanlığı, eləcə də onun komponentləri;

- dəzgahlar üçün ədədi idarəetmə qurğuları.

Paylaş:

Ən son xəbərlər