Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Məhşur avtosalon cərimələndi

1 057
Paylaş:
Məhşur avtosalon cərimələndi

Nərimanov Rayon Məhkəməsində “Azcar” MMC barəsində tərtib edilən cərimə protokoluna baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumatına görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şirkətin barəsində inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd: “Azcar” MMC ilə bağlı Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə cərimə protokolu yazılıb.

Daha əvvəl də şirkətin barəsində eyni xətai ilə protokol tərtib edilib və məhkəmənin qərarı ilə cərimələnib.

Xatırlatma: “Azcar” motors əsasən, lüks avtomobillərin satışını həyata keçirən avtosalon kimi tanınır.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər