Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Sabiq deputat: “Yanan ev mənə məxsus deyil”

1 721
Paylaş:
Sabiq deputat: “Yanan ev mənə məxsus deyil”

Xəbər verdiyimiz kimi, Şəmkir şəhərində iki mərtəbəli evdə yanğın baş verib. Sözügedən evin sabiq deputat Sona Əliyevaya məxsus olduğu iddia edilir.

Pravda.az-a açıqlama verən Sona Əliyeva bildirib ki, ev onun qayınatası Fuad Süleymanova məxsusdur: “Həyat yoldaşım evin tək oğludur. Ev qayınatama məxsusdur. Mən də bu evə gəlin gəlmişəm. Normal Azərbaycan adət-ənənələrinə uyğun olaraq… Biz birlikdə yaşayırıq. Ev mənim deyil və olmayıb. Heç həyat yoldaşıma da məxsus deyil. Yüngül yanğın olub. Ciddi fəsad və xəsarət alan yoxdur. Hər şey qaydasındadır”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər