Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Əsgərlərimizin göstərdiyi qəhrəmanlığı görürsünüz, ona görə də..." - Peskov

1 117
Paylaş:
"Əsgərlərimizin göstərdiyi qəhrəmanlığı görürsünüz, ona görə də..." -     Peskov

“Ukraynadakı xüsusi hərbi əməliyyat planlara uyğun olaraq davam etdirilir”.

Pravda.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu yaxınlarda prezident Vladimir Putin də hər şeyin plan üzrə getdiyindən danışıb. Mən də bir daha təkrar edirəm, hər şey olduqca səmərəli şəkildə, plan üzrə gedir. Siz bizim hərbçilərin uğurlarını, əsgərlərimizin göstərdiyi qəhrəmanlığı görürsünüz, ona görə də hərbi əməliyyatın qarşısına qoyulan bütün məqsədlərinə nail olunacağına şübhəmiz yoxdur”, - deyə Peskov vurğulayıb.

O qeyd edib ki, istənilən müharibə gec-tez sülhlə başa çatır: “Əminəm ki, istənilən müharibə sülhlə başa çatır və bu dünya səsimizin eşidiləcəyi, bizim (Rusiya-red) rahat, təhlükəsiz olacağımız və öz ayaqlarımız üzərində inamla dayanacağımız dünya olacaq”.

Leyla

Paylaş:

Ən son xəbərlər