Rusiya Xarici İşlər Nazirliyinin Rusiyanın Baltik Dənizi Dövlətləri Şurasından (BDDŞ) çıxması ilə bağlı bəyanat yayıb.
Rusiya XİN bəyanat yaydı
Pravda.az xəbər verir ki, bəyanat Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.
Bəyanatda qeyd olunub ki, Baltik Dənizi Dövlətləri Şurasında (BDDŞ) vəziyyət getdikcə pisləşir: "NATO və Avropa İttifaqı dövlətləri BDDŞ-nın bir hissəsi kimi bu regional strukturun yaradıldığı zaman əsas tutulan prinsipləri unudaraq bərabərhüquqlu dialoqdan imtina edirlər və qurumu anti-Rusiya siyasətinin alətinə çevirirlər. Konsensusun qaydası pozularaq, qanunsuz və ayrıseçkili xarakter daşıyan qərarlar qəbul edilir. Bu səbəbdən Rusiya BDDŞ-nın işindən və layihələrindən çıxır, Belarusun Şurada müşahidəçi qismində iştirakı isə dayandırılır”.
Leyla