Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Tovuzda sabiq vəzifəli şəxsi öldürən şəxsin məhkəməsi başlayır

1 424
Paylaş:
Tovuzda sabiq vəzifəli şəxsi öldürən şəxsin məhkəməsi başlayır

Tovuz rayonunda atasını qətlə yetirməkdə təqsirləndirilən Ceyhun Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.


Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.


Qeyd: Hadisə bu il fevralın 15-də Tovuz rayonun Hunanlar kəndində eydə alınıb.


Belə ki, hadisədən əvvəl 1947-ci il təvəllüdlü Qamət Əliyev və oğlu, 1980-ci il təvəllüdlü C.Əliyev Bakı şəhərindən rayonun Hunanlar kəndində olan evlərinə gediblər.


Onlar yolda olan zaman qohumları Rasim Quliyevə zəng edərək evin sobasını yandırmasını və yemək-içmək hazırlamasını xahiş ediblər.


Ata və oğlu evə çatana qədər qohumları süfrəni hazırlayıb. R.Quliyevə də əyləşib yemək yeməsi təklif olunub, lakin o, mal-qaraya baxmalı olduğunu bildirib və evdən çıxaraq gedib.


Hadisə zamanı evdə C.Əliyevlə atası Q.Əliyev ikisi olub. R.Quliyev isə güllə səsini eşitdikdən sonra yenidən ora qayıdıb. O, evin həyətində C.Əliyevi görüb və nə baş verdiyini soruşub. Ceyhun cavabında atasını "Vinçester" silahı ilə güllələdiyini deyib.


Q.Əliyev sinəsindən 5 güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.


Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə özü polisə zəng edərək cinayət hadisəsini törətdiyini bildirib.


Ata və oğul arasında daha əvvəl ciddi münaqişənin olmadığı bildirilir.


C.Əliyev ailəli olub, 2 övladı var. Onun övladlarından biri 10-15 gün öncə dünyaya gəlib. C.Əliyevin psixoloji problemləri olduğu, onun bir müddət Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə aldığı bildirilir.


Qətlə yetirilən şəxs uzun müddət Bakı şəhərində "Avtobaza"nın, "Taksi Park"ın və Təchizat İdarəsinin müdiri vəzifələrində çalışıb. Onun iki oğlu və bir qızı var.

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər