Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Qəbir daşları niyə bahalaşıb? - Səbəb açıqlandı

2 979
Paylaş:
Qəbir daşları niyə bahalaşıb? -     Səbəb açıqlandı

"Rusiya-Ukrayna müharibəsi Azərbaycanda qəbir daşlarının qiymətinə də təsir edib. Qəbir daşlarında istifadə olunan materialların Ukraynadan ölkəmizə idxalının dayandırılması bazarda qiymət artımına gətirib çıxarıb. Abidə üçün nəzərdə tutulmuş mərmər, qranit kimi xam materialların 75-80%-i Azərbaycana Ukraynadan idxal edilirdi. Zimbabve, Rusiya, Türkiyə isə idxalın çox az hissəsini təşkil edir. Müharibə ilə əlaqədar Ukraynada fevral ayından etibarən yük daşımaları dayanıb. Təbii ki, sahibkarlar bu materialları digər istiqamətlərdən gətirib bərpa edəcəklər. Lakin alıcılar nəticə etibarilə daha baha almaq məcburiyyətində qalacaqlar".

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli qəbir daşlarının qiymətinin bahalaşması barədə danışarkən deyib.

O bildirib ki, alternativ yollara müraciət həmişə baha başa gəlir, çünki sahibkarlar bu imkanları artıq təhlil ediblər: "Ən əlverişli, daha ucuz və keyfiyyətli istiqamət Ukrayna olduğundan ora yönəlmişdilər. İndi isə Ukraynadan idxalın dayandırılması sahibkarları digər istiqamətlərə yönəlməyə məcbur edir. Ukraynanın bu bazardan çıxması Türkiyə, Rusiya kimi bizə yaxın olan ölkələrə təlabatı artırır. Bu da bizim bazarda qiymət artımına gətirib çıxaracaq”.

Qeyd: Ukrayna mərməri ilə hazırlanan 1 metr 40 sm ölçülü bir məzarüstü abidə əvvəllər 1600-1700 manata başa gəlirdi. İndi bu qiymət 2200-2300 manata qədər yüksəlib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər