Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ziya Məmmədovu hansı cəza gözləyir? - Hüquqşünas açıqladı

1 724
Paylaş:
Ziya Məmmədovu hansı cəza gözləyir? -       Hüquqşünas açıqladı

“Mənimsəmə cinayətləri mənimsənilən məbləğin dəyərindən asılı olaraq cinayət tərkibi yaradır. Eyni zamanda məbləğdən asılı olaraq cəza sanksiyasi daha da ağırlaşır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsində mənimsəmə cinayəti nəzərdə tutulur. Əgər mənimsənilən məbləğin dəyəri 5 min manatdan 50 min manata qədərdirsə, o halda 179.2.4-cü maddəsi ilə iki ildən beş ilədək, 50 min manatdan 500 min manatadək olan məbləğdirsə, bu zaman cinayət məcəlləsinin 179.3.2-ci maddəsi ilə beş ildən on ilədək, xüsusilə külli miqdardırsa, yəni 500 min manatdan çoxdursa, məcəllənin 179.4-cu maddəsi ilə on ildən on dörd ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur”.

Bunu Pravda.az-a hüquqşünas Seymur Yusifli sabiq Nəqliyyat naziri Ziya Məmmədovun Bakı-Quba yolunun çəkilişi zamanı mənimsəmə faktları təsdiqlənəcəyi halında mümkün cəzaları şərh edərkən bildirib.

Beş ay öncə bitən müharibə və əlillik dərəcəsi ala bilməyən qazilər…

S.Yusifli, həmçinin qeyd edib ki, vəzifəli şəxslər tərəfindən qanunvericilik tələbinin pozulması ilə müşayiət olunan cinayət xarakterli əməllər törədildikdə Cinayət Məcəlləsinin 308-ci, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi tətbiq oluna bilər: “Həmin maddənin də sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur”.

Leyla

Paylaş:

Ən son xəbərlər