Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “KTMT Paşinyanı ciddi fiqur kimi qəbul etmir”

1 135
Paylaş:
Deputat: “KTMT Paşinyanı ciddi fiqur kimi qəbul etmir”

“Paşinyanın KTMT-yə aid qoşunları Ermənistana dəvət etməsi özlüyündə absurd ideyadır. Əvvəla, KTMT-nin nizamnaməsinə görə, Təşkilat üzv ölkələrin hər birinə xarici ölkələr tərəfindən intervensiya olduqda müdaxilə edə bilər. İndiki halda Ermənistana heç bir dövlət tərəfindən hücum olmayıb. Sadəcə, uzun illər Ermənistanı əsarətdə saxlamış kriminal “Qarabağ klan”ı və onlara qoşulan hakimiyyətdən narazı kütlə Paşinyanı devirmək arzusu ilə küçələrdə müddətsiz aksiyalar keçirir. Heç kimə sirr deyil ki, Paşinyandan fərqli olaraq, məhz həmin revanşist qüvvələr KTMT üzvü olan bəzi aparıcı dövlətlər tərəfindən dəstəklənir”.

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı Qazaxıstan ssenarisi təkrarlanacağı təqdirdə İrəvana qoşun yeridilməsi ilə bağlı KTMT üzvlərindən razılıq almağa çalışmasına münasibət bildirərkən deyib.

O bildirib ki, çoxsaylı cəhdlərinə, özünü sədaqətli göstərməsinə baxmayaraq, Paşinyan KTMT-yə daxil olan ölkələr üçün ciddi fiqur kimi qəbul edilmir: “Onun şəxsiyyəti, bəyanatları ilə davranışları arasındakı ziddiyyətlər müttəfiqləri tərəfindən daim narazılıqla qarşılanır. Son müşavirədən yayımlanan görüntülər də dediklərimi sübut edir. Qazaxıstan ssenarisinin Ermənistana tətbiq olunmasına gəldikdə isə, bu da inandırıcı deyil. Qazaxıstan hadisələrini onunla əsaslandırdılar ki, guya ölkə ərazisinə 20 mindən artıq silahlı terrorçu daxil olub. Əlbəttə, aydın oldu ki, heç bir xarici terror dəstələri olmayıb, bu, uydurmadır. Ancaq indi geosiyasi şərtlər tam fərqlidir. Rusiyanın başı özünə qarışıb, üç aydır Ukraynada müharibə aparır, ciddi  problemləri var. Faktiki olaraq, NATO kimi bloku özünə düşmən edib, hərtərəfli sanksiyalara məruz qalıb”.

Deputatın sözlərinə görə, son müşahidələr bir daha göstərdi ki, KTMT daxilində belə geosiyasi proseslərə vahid baxış, mövqe yoxdur: “44 günlük müharibədə bunun şahidi olduq. Düşünürəm ki, əsas problem Ermənistanın siyasi rəhbərliyindədir. Onlar özlərində güc tapmalı, müxtəlif bəhanələrlə vaxtı uzatmamalı, öhdəlikləri yerinə yetirməlidirlər. Qatı millətçi daşnakları, ilk növbədə, 20 ildən artıq hakimiyyətdə olmuş “kriminal klan”ın siyasi fəaliyyətini məhdudlaşdırmalı, çəkinmədən cəmiyyətdən təcrid etməlidir. Eyni zamanda regionda sülhün əldə olunmasına mane olan xarici təsirlər neytrallaşdırılmalı, qonşulara qarşı ərazi iddialarından əl çəkməlidirlər. Əks halda, “Dəmir yumruq” bu dəfə başlarına daha ağır şəkildə vurulacaq”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər