Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə Kəmaləddin Heydərovun şirkəti ilə bağlı qərar verdi

1 287
Paylaş:
Məhkəmə Kəmaləddin Heydərovun şirkəti ilə bağlı qərar verdi

Yasamal Rayon Məhkəməsində “Gilan Holding” MMC barəsində tərtib edilən cərimə protokoluna baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, icraata xitam verilib.

Qeyd: "Gilan Holding" MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Xatırlatma: “Gilan Holding” MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu (qeyri-rəsmi) bildirilir.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər