Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.
Pravda.az-ın xəbərinə görə, bu gün R.Zeynalovun xidmət müddətinin sonuncu günüdür.
Generalın vəzifədən azad edilib-edilməyəcəyi məlum deyil. Müddət daha 1 il də artırıla bilər.