“Tezliklə təmin olunacaq”. Bəzi iri marketlərdə məhsulların qiymətinin yazılacağı yerə bu ifadə qeyd olunub.
Bu vəziyyətə Bakıdakı bir neçə iri marketdə rast gəldik. Məsələ ilə bağlı marketlərdən bildirildi ki, bu qeyd həmin piştaxtaya qoyulan məhsullara aid deyil. Belə ki, əslində orada başqa məhsul olmalı idi. Lakin hələ marketə gətirilmədiyindən onun yerində tezliklə təmin olunacağı ilə bağlı məlumat yerləşdirilib. Oraya qoyulan digər məhsulların qiymətinin niyə qeyd edilməməsi ilə bağlı suallarımız isə cavabsız qaldı. Piştaxtalarda qiymətlərin olmaması da təbii ki, alıcıları çaş-baş salır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu istehlakçı hüquqlarının pozulması deməkdir və belə hallarla bağlı müraciətlər tez-tez olur.