Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Ceyhun Məmmədov: "Heydər Əliyev vaxtında hakimiyyətə gəlsəydi, Azərbaycan xalqı bu qədər faciə yaşamazdı"

1 121
Paylaş:
Ceyhun Məmmədov: "Heydər Əliyev vaxtında hakimiyyətə gəlsəydi, Azərbaycan xalqı bu qədər faciə yaşamazdı"

“Cənab Prezident İlham Əliyev dəfələrlə İrəvanın Ermənistana verilməsi məsələsinə toxunub. Bu, hər bir azərbaycanlının ürəyindən keçən bir fikirdir ki, kaş o zaman İrəvan Ermənistana verilməyərdi. Əlbəttə, o dövr kifayət qədər mürəkkəb idi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına bir çox manelər var idi. Cümhuriyyətin tanınması üçün bir sıra addımların atılmasına ehtiyac var idi, amma Prezidentin səsləndirdiyi bu fikri belə qəribçiliyə salmağa ehtiyac yoxdur. Məsələ dövlət başçısı tərəfindən ona görə vurğulanır ki, İrəvanın Ermənistana verilməsi ilə bölgədə Ermənistan adlı bir dövlət yarandığını hər kəs bilsin".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, bölgədə Ermənistan adlı dövlətin yaranması ilə digər problemlər də yaranmağa başlayıb və bundan sonrakı dövrlərdə Zəngəzur və digər ərazilər Ermənistana verilib: “Cənab prezident Azərbaycan tarixini yaxşı bildiyi üçün dəfələrlə bu məsələləri vurğulayır. Bu baxımdan fikrin səsləndirilməsinin əsası "Kaş o zaman bu və ya digər formada İrəvanın Ermənistana verilməsi kimi bir məsələ olmayaydı" düşüncəsidir. Buradakı digər məsələ Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqillik dönəmidir. Hesab edirəm ki, bunu sırf kiminsə adına çıxarmaq mümkün deyil. Azərbaycanda və digər respublikalarda xalq hərəkatları yarandı və bu hərəkatlar nəticəsində də dövlətlər müstəqillik əldə etdilər. Söhbət Orta Asiyadan, regiondakı digər dövlətlərdən gedir. Onu da nəzərə almaq lazımdır ki bu dövrdə, Sovet hökuməti artıq süquta doğru gedirdi və idarəçilikdə kifayət qədər problemlər vardı. Azərbaycan xalqı istiqlal mücadiləsi ilə müstəqillik əldə etdi. Onu da qeyd etmək lazımdır ki, 1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün bəlkə də Azərbaycan mövcud olmayacaqdı. Heydər Əliyevdən öncə, 90-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi, amma bu hakimiyyət uzun müddət davam edə bilmədi. Düşünürəm ki, əgər Heydər Əliyev vaxtında hakimiyyətə gəlsəydi, Azərbaycan xalqı bu qədər faciə yaşamazdı. Bəlkə də həmin dövrdə torpaqlarımız işğal olunmazdı, çünki Heydər Əliyevin böyük siyasi təcrübəsi var idi. AXC-Müsavat cütlüyü dövləti idarə edə bilmədiyini görəndə yenidən Ulu Öndərə müraciət edildi. Sonrakı dövrlərdə Azərbaycanın uğuru, möhkəmlənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Təbii ki, Ulu Öndərdən sonra Cənab Prezident İlham Əliyev uğurlu siyasəti davam etdirdi. Məhz həmin dövrdə təməli qoyulan siyasət nəticəsində torpaqlarımızı azad etdik. Xatırlayırıq, 1993-cü ilin əvvəlində torpaqlarımız ard-arda işğal olunurdu. Ulu Öndər hakimiyyətə gəldikdən sonra isə atəşkəs elan edildi. Atəşkəs elan olunmasaydı, vəziyyət daha gərgin və mürəkkəb ola bilərdi. Məsələlərə yanaşmada bu reallıqlar mütləq nəzərə alınmalıdır".

Leyla Yusubova

Paylaş:

Ən son xəbərlər