“Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında çıxşı zamanı ermənilərə, xüsusən də revanşistlərə və onlara havadarlıq edənlərə xatırlatdı ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında yaradılıb. Bildirdi ki, 1918-ci ilin may ayında qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verildi və bu faktı unutmaq olmaz. Nəticədə qədim diyarımız bizdən ayrı düşdü. Cühuriyyətin süqutundan sonra, bolşeviklərin hakimiyyətə gəlməsindən sonra 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan alınaraq, Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi. Amma sovetlər birliyinin süqutu nəticəsində müstəqilliyini bərpa edən Azərbaycan sürətlə inkişaf edir və Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdür. Müstəqil siaysəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Ermənistan isə hələ də forpost olaraq fəaliyyətini davam etdirməkdədir. Əgər bu siaysətini davam etdirərsə, yaxın gələcəkdə bir dövlət olaraq sıradan çıxam ehtimalı var”.
Bunu deputat Mahir Abbaszadə deyib.
Deputat bildirib ki, Ermənistandan fərqli olaraq bu illər ərzində Azərbaycan müstəqilliyinin möhkəmlənib, dünyada güclü, nüfuzlu ölkələrdən birinə çevrilməsi istiqamətində həm siyasi, iqtisadi, ordu, beynəlxalq miqyasda çox böyük işlər görülüb. “Bu istiqamətlərdə yürüdülən siyasətin bəhrəsi isə göz qabağındadır. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq aləmdə təkcə nüfuzlu ölkə kimi yox. Eyni zamanda ciddi aktor ölkə kimi qəbul edilir, onunla hesablaşılır. Ölkə başçısının bəyan etdiyi kimi, bundan sonra da güclü olmaq üçün bütün səylərimizi davam etdirəcəyik. Çünki güc amili dünyada ciddi faktordur. Bunun üçün həm iqtisadi. Həm də hərbi gücümüzü artırmaq istiqamətində yürüdülən siyasət uğurla davam etdiriləcək”- deputat qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın güclü dövlət olmasının nəticəsidir ki, bölgədə yeni geosiyasi reallıq yaradıb və postmünaqişə dövrünün gündəliyini diktə edə bilir və beynəlxalq güclər tərəfindən də bu reallıq qəbul edilir. “Cənab Prezidentin yürütdüyü siyasətin əsas hədəfi Cənubi Qafqazı sülh, sabitlik və sıx əməkdaşlıq bölgəsinə çevriməkdir. Azərbaycan siyasətini məhz bu istiqamətində qurub. Bunun üçün ilk növbədə Ermənistanla sülh müqaviləsi imzlanmalıdır. Artıq Avropa İttifaqı kimi mötbər bir təşkilat da belə bir sülhün tez bir zamanda imzalanması üçün səylərini ortaya qoyub.